RU

Prezident təqaüdçüsü: Xəbəri eşidəndə illər ərzində çəkdiyim bütün zəhmətlər gözümün önündən keçdi MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev AZƏRTAC-a müsahibə verib.

- Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülməyiniz sizin üçün nə ifadə edir?

- Əlbəttə, idman sahəsində çalışan hər bir məşqçi və mütəxəssis üçün ölkə rəhbəri tərəfindən onun zəhmətinin, əməyinin qiymətləndirilməsi böyük şərəfdir. Mənim üçün də hörmətli prezidentimizin, Ali Baş Komandamızın mənə verdiyi fərdi təqaüd böyük önəm kəsb edir. Bu, əməyimə verilən qiymətdir. Buna görə də Prezidentə dərin təşəkkürümü bildirirəm. Tək mənim yox, istənilən sahədə fəaliyyət göstərən hər bir şəxsin əməyinin bu cür dəyərləndirməsinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm.

- Bu cür yüksək qiymətləndirmə sizin gələcək fəaliyyətinizə necə təsir edəcək?

- Prezident təqaüdünə layiq görüldüyümü eşidəndə, bu illər ərzində çəkdiyim bütün zəhmətlər gözümün önündən keçdi. Qeyd edim ki, fəalliyətimə 1973-cü ildə başlamışam. Məşqçi kimi isə 1978-ci ildən çalışmağa start vermişəm. Bir sözlə, həm məşqçi, həm də hakim kimi bu illər əzində fasiləsiz fəaliyyət göstərmişəm. 25 il ölkəmizi beynəlxalq arenalarda təmsil etmişəm. Məşqçi olaraq yetirmələrim dünya və avropa mükafatçıları, dünya kubokunun qalibi, IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Prezidentin mənə verdiyi təqaüddən sonra artıq istirahət edə bilərəm. Lakin həyatımı passiv keçirməyi düşünmürəm. Məşqlərə qaldığım yerdən davam edəcəyəm. Hazırda yaşadığım Sumqayıt şəhərində güləşə başlayan gənc nəslin gələcəyin çempionları kimi yetişməsinə öz töhfəmi verəcəyəm.

- Siz artıq "Tərəqqi" medalı və digər fəxri adlarla təltif olunmusunuz. Fərdi təqaüd bu siyahıda hansı yer tutur?

- “Tərəqqi”medalından əlavə, “Azərbaycanın əməkdar məşqçisi”, “Beynəlxalq dərəcəli hakim”, Prezidentimizin müvafiq sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülmüşəm. Hər bir fəxri ad, mükafat Prezidentin idmanımıza və bu sahədə çalışan mütəxəssislərə verdiyi dəstəkdir. Bu cür mükafatlandırma və münasibət cəmiyyətin hər bir fərdini həvəsləndirir. Onlar başa düşür ki, ölkə idmanına illərlə xidmət etdiyi, bu və ya digər formada töhfə verdiyi müddətcə onlar da bu cür təltif edilə bilər. Ölkə başçısının bütün fəxri adları və mükafatları mənim üçün doğma və əzizdir. Birini o birindən fərqləndirmək və üstün görmək istəməzdim. Hər birinin özünəməxsus dəyəri və anlamı var.

- Yaxın gələcək üçün şəxsi planlarınız və güləşlə bağlı hədəfləriniz nədir?

- Şəxsi planlarım Sumqayıt şəhərində fəaliyyət göstərən gənc məşqçilərə bağlıdır. Yetirmələri beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən bu məşqçilərə, eləcə də idmançılara illər ərzində qazandığım təcrübəni bölüşmək niyyətindəyəm. Sevindirici hal odur ki, bu istək onların özlərindən gəlir. Hər məşq zamanı deyirlər: “Müəllim, bura gəlin, bizə yol göstərin”. Mən də böyük həvəslə onların yanına gedirəm. Bir sözlə, rəsmi olaraq fəaliyyətim bitmiş sayıla bilər, lakin idman sahəsinə olan sevgim bununla bitmir. Fəaliyyətimi qaldığım yerdən, sadəcə, bu dəfə fərqli istiqamətdə davam etdirəcəyəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
2
azertag.az

3Источники