RU

Azərbaycan vətəndaşları Gürcüstanda həbs edildi FOTO

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Gürcüstanın Marneuli bölgəsində polis iki Azərbaycan vətəndaşını dələduzluq ittihamı ilə həbs edib.

Gununsesi.info -nun Marneulifm.ge-yə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, 1983-cü və 1987-ci il təvəllüdlü şəxslər (A.M. və İ.M.) Marneuli bələdiyyəsi sakinindən qızıl zinət əşyalarını dələduzluq yolu ilə əldə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi həbs ediblər.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır ki, bu maddə dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
3
icma.az

3Источники