Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Növbəti ilin sonuna qədər “Brent” markalı neft 40 dollara düşə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Goldman Sachs”ın proqnozunda deyilir.
Bankın gözləntilərinə görə, bu ilin dekabrında “Brent” neftinin bir bareli 58 dollar olacaq. 2026-cı ilin sonuna doğru isə neft 55 dollardan ticarət ediləcək.
Analitiklər bu vəziyyəti ABŞ-də mümkün iqtisadi geriləmə və OPEC+ ölkələrinin neft tədarükünü artırmaq qərarı ilə əlaqələndirirlər. Qeyd edək ki, OPEC+ ölkələri hasilatı növbəti ilin mayında gündəlik 411 min barel artırmağı planlaşdırır ki, bu da ilkin planın üç qatı deməkdir.
“Citi Research” analitiklərinə görə, növbəti üç ayda “Brent” markalı neftin qiyməti 60 dollar/barel-ə düşəcək.
“ING Group” isə bu ilin sonlarına doğru “Brent” markalı neftin ortalama qiymətinin 74 dollardan 72 dollara düşəcəyini proqnozlaşdırır. Eyni zamanda, ekspertlər 2025-ci ilin dördüncü rübündə “Brent” neftinin orta qiymətinin 68 dollar/barel olacağını gözləyirlər.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.