Bakı, 29 dekabr, AZƏRTAC
“Balaca şahzadə” əsərindəki kral obrazı ilə real həyat arasında həm oxşar, həm də fərqli cəhətlər mövcuddur. Müxtəlif dövrlərə aid olmaları və fərqli şəxsiyyətlər kimi təqdim edilmələri bu fərqləri daha da qabarıq göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrda səhnələşdirilən “Balaca şahzadə” tamaşasında kral obrazına həyat verən aktyor Faiq Mirzəyev deyib.
O vurğulayıb ki, rejissorun dəstəyi və peşəkar yanaşması sayəsində obrazı düzgün şəkildə taparaq əsərin ruhuna daxil olunub.
“Uşaqlar tamaşaya böyük maraq və sevgi ilə baxırlar. Hər seansda zal tam dolu olur. Tamaşanın hazırlanması bir ay müddətində böyük əziyyət və zəhmət hesabına başa çatdırılmışdır. Çətin tamaşa olmasına baxmayaraq, uğurlu nəticə əldə etmək sevindirici haldır”,- deyə F.Mirzəyev əlavə edib.