RU

Meksikada sərnişin qatarı relsdən çıxdı: azı 13 nəfər ölüb, onlarla yaralı var

Meksikanın cənubunda yerləşən Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində ağır qəza baş verib. Hadisə zamanı azı 13 nəfər həyatını itirib, 98 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Far.Az xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyinin (Semar) açıqlamasında bildirilib ki, 241 sərnişin və 9 ekipaj üzvünü daşıyan qatar Oaxaka ştatının Nizanda qəsəbəsi yaxınlığında döngədə relsdən çıxıb. Yaralılar dərhal tibb müəssisələrinə yerləşdirilib.

Axtarış-xilasetmə işlərinə 360 hərbi dənizçi, 20 texnika, 4 yerüstü təcili tibbi yardım maşını, 3 hava təcili yardım helikopteri və bir pilotsuz uçuş aparatı cəlb olunub. Semar hadisənin araşdırılması üçün aidiyyəti qurumlarla birgə işlədiklərini bildirib.

Meksika Prezidenti Klaudia Şeynbaum sosial şəbəkə paylaşımında baş verənlərdən dərin üzüntü ifadə edib, aidiyyəti qurumlara hadisə yerinə gedərək zərərçəkən ailələrə yaxından dəstək göstərilməsi tapşırığını verib. O, ictimaiyyətin məlumatlandırılmasının davam edəcəyini də qeyd edib

Избранный
33
4
far.az

8Источники