RU

Şimali Koreya dünyanı təhdid edir

Şimali Koreya hərbi qüvvələri döyüş hazırlığını və hücum qabiliyyətlərini sınaqdan keçirmək üçün dənizə uzaq mənzilli strateji kruiz raketləri atıb.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, buraxılış prosedurlarını yoxlamaq, manevr qabiliyyətini sınaqdan keçirmək və əsas strateji silah sistemi kimi təsvir edilən raket sisteminin etibarlılığını qiymətləndirmək üçün təlim keçirilib.

Hesabatda raketlərin Qərb Dənizi üzərindən əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə uçduğu və hədəflərə uğurla zərbə vurduğu qeyd olunub.

Избранный
41
publika.az

1Источники