RU

Təbriz konsulumuz valinin qəbuluna getdi KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərməst Azərbaycan Respublikasının Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu qəbul edib.

KONKRET.az IRNA-ya istinadla xəbər verir ki, görüşdə sərhəd layihələri, ümumən İran- Azərbaycan əməkdaşlığı müzakirə olunub.

“Məsud Pezhakianın prezidentliyinin başlaması ilə İran və Azərbaycan Respublikası arasında əlaqələr yüksəliş və inkişaf yoluna qədəm qoyub və hazırkı mərhələdə əməkdaşlığın genişləndirilməsi üçün müsbət əsaslar mövcuddur. Prezidentin bu yanaşmasını yüksək qiymətləndiririk və buna uyğun hərəkət edəcəyik”, – Sərməst bildirib.

Öz növbəsində, Taleh Zöhrabov qeyd edib ki, Azərbaycan Respublikası ilə İran arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin mənafeyinə uyğundur:

“Hər şey dialoqdan başlayır və biz sizin gözləntilərinizi Bakıya çatdırmağa və onların həyata keçirilməsini izləməyə hazırıq və iki ölkə arasında mövcud reallıqlar əsasında hərəkət edəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
3
konkret.az

4Источники