RU

Abbas Lisani qeyri müəyyən şəraitdə saxlanılır

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ərdəbildən olan milli fəallar Abbas Lisani, Əli Xeyrcu və Yusif Kari həbs olunmalarından 48 gün keçməsinə baxmayaraq, Tehranın Evin həbsxanasında qeyri-müəyyən şəraitdə saxlanılırlar.

Axar.az xəbər verir ki, bu haqda İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, yalnız Abbas Lisani bu müddət ərzində ailəsi ilə qısa telefon əlaqəsi saxlaya bilsə də, başqa məhbusların yaxınları ilə danışıqlarına icazə verilməyib.

Xatırladaq ki, Abbas Lisani, Əli Xeyrucu, Behzad Dəşti və Yusif Kari noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbus fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Noyabrın 18-də həbs olunan milli fəallar Təhlükəsizlik Nazirliyinin Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına köçürülüblər.

Onlara qarşı “qanunsuz qrupa üzv olmaq”, “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
axar.az

1Источники