Sumqayıtda yanğın hadisəsi baş verib.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Alman parkı kimi tanınan ərazinin yaxınlığında köşkün qarşısındakı soyuducu alışıb. Daha sonra yanğın yaxınlıqdakı ağaca keçib.
Əraziyə FHN-in qüvvələri cəlb olunub və yanğın söndürülüb. Hadisə şahidinin sözlərinə görə, sözügedən köşk qaziyə məxsus olub.
Həmin yerdən görüntüləri təqdim edirik: