Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropolda Müdafiə Nazirliyinin zabitinə qarşı terror aktı hazırlayan gənc qadını saxlayıb.
“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, bu barədə FSB açıqlama yayıb.
Qadın Ukrayna Silahlı Qüvvələrindən aldığı əldə düzəltmə partlayıcı qurğunu hərbi hissənin yaxınlığında park edilmiş avtomobillərdən birinə yerləşdirməyi planlaşdırırdı.
Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.
İlhamə Qasımlı
Telegram kanalımız