RU

Ölkəyə gətirilən bir ədəddən çox telefona 100 manat aksiz vergisi tətbiq ediləcək

Bakı. Trend:

Azərbaycana idxal olunan mobil cihazlar aksizli mallarınsiyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanun layihəsində mobil cihazların aksizli malların siyahısınaəlavə olunması və hər ədədinə görə 20 manatməbləğində aksiz vergisinin müəyyən edilməsi, eyni zamanda fizikişəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azadolunmaqla təqvim ili ərzində bir ədəd mobilcihazın gətirilməsi təklif olunur.

"Dövlət rüsumu haqqında" Qanunda təklif olunandəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzindəölkəyə gətirilən bir ədəddən artıq istənilən mobilcihaza görə 100 manat məbləğində (hər biri üçün)dövlət rüsumu müəyyən ediləcək.

Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyəgətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulandövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunandövlət rüsumları) tətbiq olunacaq.

Избранный
82
8
az.trend.az

10Источники