RU

Troya Muzeyində dənizçilik sərgisi Antik gəmilərlə tarix yolçuluğu

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Troya Muzeyində antik çağ dənizçiliyinə həsr olunmuş daimi dənizçilik sərgi sahəsi yaradılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Homerin dastanlarından ilham alınaraq Troya dövrünə məxsus texnikalarla inşa edilən antik gəmi muzey kolleksiyasına daxil edilib.

Mismarsız hazırlanmış bu gəmi antik dənizçilik biliklərinin eksperimental arxeologiya yolu ilə yenidən canlandırılmasını nümayiş etdirir.

Sərgi külək və dənizin ticarət, bilik və mədəniyyətlərarası əlaqələrdə oynadığı rolu tarixi perspektivdə təqdim edir.

UNESCO Ümumdünya İrsi Siyahısında yer alan Troya ərazisində reallaşdırılan bu layihə regionun mədəni irsinə mühüm töhfə kimi dəyərləndirilir.

Müğənni Güllünün ölümü ilə bağlı saxlanılan qızı həbs edildi

Xurafatın ən təhlükəli tərəfi... - Şeyx Nəsrullahların sayı günü-gündən niyə artır?

Gördüyüm doğrumu, yoxsa bir röya? - Günün mahnısı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
kulis.az

2Источники