RU

Sülh planında həll edilməmiş 2 bəndi açıqladı

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla ötən gecə baş tutan danışıqlar zamanı 20 bənddən ibarət sülh planında razılaşdırılmamış məsələləri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Yevropeyskaya Pravda” nəşri məlumat yayıb. 

“İki məsələ qalır. Bunlar, Zaporojye Atom Elektrik Stansiyasının necə fəaliyyət göstərəcəyi və ərazilərlə bağlı məsələlərdir. 20 bəndlik sənəddə razılaşdırılmamış qalan məhz bu iki müddəadır”, - Zelenski bildirib.

Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirilib. 2 saat yarımdan çox davam edən görüşdən sonra təşkil edilən mətbuat konfransında Zelenski 20 bəndlik sülh planının artıq 90%-nin razılaşdırıldığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
50
qafqazinfo.az

10Источники