
Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında telefon danışığı hazırda gündəmdə deyil.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə açıqlayıb.
Peskov əlavə edib ki, Putin tezliklə ABŞ Prezidenti Donald Trampa zəng edəcək və tərəflər 28 dekabrda Mar-a-Laqo şəhərində keçirilmiş Trampla Zelenski görüşünün nəticələrini müzakirə edəcəklər.
Seyranə QuliyevaMissiya.Az