RU

Zelenski Putinlə görüş üçün şərtini açıqladı

BAKI, 29 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə istənilən formatda görüşə hazırdır, amma Rusiya liderinin əməlləri ilə sözlərinin üst-üstə düşməsi vacibdir.

Teleqraf xəbər verir ki, Zelenski bunu brifinqdə bildirib.

O qeyd edib ki, Putinin ABŞ Prezidenti Donald Trampa müharibəyə son qoymaq istədiyini və bunun onun istəyi olduğunu deməsi, amma sonra mediaya müharibə istədiyini və davam etdirməyə hazır olduğunu bildirməsi bir az qəribə görünür.

“O, bizi raketlərlə vurur, bu barədə açıq danışır, mülki infrastrukturun dağıdılmasının nəticələrinə sevinir, generallarına hara getmək, nəyi ələ keçirmək barədə əmrlər verir və sairə”, - Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, Putinin bu cür hərəkətləri Trampa ünvanlandığı “sülh mesajları” ilə üst-üstə düşmür:

“ABŞ Prezidentinə dedim ki, bütün bu mesajlar bir az fərqlidir. Amma necə görüşmək və hansı formatda razılığa gəlməyin bizim üçün fərqi yoxdur. Biz hazırıq. Rusiya liderinin hərəkətləri və sözlərinin üst-üstə düşməsi vacibdir”.

Избранный
98
50
teleqraf.com

10Источники