RU

İsrail Trampla razılaşma əldə edə bilmir - Təzyiq gözlənilir

İsrail mətbuatı bu gün baş tutacaq Tramp-Netanyahu görüşünü dəyərləndirib. Xəbərlərdə Tramp administrasiyası ilə İsrail arasında yaranan fikir ayrılıqları və Təl-Əvivə edilə biləcək mümkün təzyiq mövzuları ön plana çıxarılıb.

Publika.az xəbər verir ki, “Kanal 13” telekanalının iddiasına görə, İsrailin Baş nazir Benyamin Netanyahu Qəzzada sülh razılaşmasının növbəti mərhələsinə keçidin təxirə salınmasını tələb edəcək.

Bildirilir ki, Netanyahu sonuncu qaçırılmış israilli hərbçi general-mayor Ran Queylinin geri qaytarılmasına qədər ikinci mərhələnin başlanmasına qarşı çıxır.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp isə Netanyahu ilə görüşdə iki əsas məsələ üzrə təzyiq göstərə bilər.

Избранный
37
24
publika.az

10Источники