RU

İki məsələdə Trampla orta məxrəcə gələ bilmədik - Zelenski

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı DonaldTrampla aparılan danışıqlarda iki əsas məsələ - Zaporojye AtomElektrik Stansiyasından (ZAES) istifadə və Ukrayna ərazilərindəgüzəştlə bağlı ortaq məxrəcə gələ bilmədiklərini açıqlayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“İki məsələ razılaşdırılmamış qalır. ZAES və onun necə fəaliyyətgöstərəcəyi, və ərazi məsələsi. Bu 20 bəndlik sənəddə(razılaşdırılmamış) yeganə müddəalardır. Mən məhz ona görə dedimki, biz 90 faiz razılığa gəlmişik. İki bənd üzrə isə razılaşmayoxdur”,- deyə Zelenski bildirib.

Təhlükəsizlik zəmanətlərinə gəlincə Zelenski, bu məsələnintamamilə razılaşdırıldığını, lakin belə bir zəmanətin nə qədərmüddətə veriləcəyinin həll olunmamış qaldığını diqqətə çatdırıb.Onun sözlərinə görə, ABŞ 15 il təklif edir, rəsmi Kiyev isə dahauzun müddətli zəmanətin verilməsini tələb edir.

Избранный
33
50
az.trend.az

10Источники