RU

Paytaxtda avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb

Bakı.Trend:

Nizami rayonu Q.Qarayev prospektində “Daewoo” markalı sərnişinavtobuslarının birində naməlum sərnişin paytaxt sakini olansürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərəkələ keçirib.

Trend-inməlumatına görə, hadisədən sonra həmin şəxs qaçaraq ərazidənuzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsininəməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı SənanQuluzadə saxlanılıb. Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlikkameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Избранный
24
50
az.trend.az

10Источники