RU

Türk lirəsi yenidən rekord səviyyədə ucuzlaşdı

ain.az bildirir, Yeniavaz portalına istinadən.

Türkiyənin milli valyutası –lirə beynəlxalq valyuta birjalarında son sutka ərzində yeni tarixi minimuma düşüb.

Yeniavaz.com xəbər verir ki, bu gün lirənin məzənnəsi 1 ABŞ dollarına qarşı 43 lirəni keçərək rekord səviyyədə ucuzlaşıb.

Son bir ildə lirə təxminən 18% dəyər itirib və bu göstərici onu əsas dünya valyutaları arasında ən zəif performans göstərən valyutaya çevirir.

Analitiklərin fikrincə, lirənin dəyərdən düşməsi ölkədəki yüksək, uzunmüddətli və həllini tapmayan inflyasiya ilə bağlıdır. Bundan əlavə, beynəlxalq investorların Türkiyə aktivlərini kütləvi şəkildə satması valyutaya təzyiqi daha da artırıb. Mütəxəssislər qeyd edir ki, investorların geri çəkilməsinin əsas səbəblərindən biri də ölkədə mövcud olan makroiqtisadi qeyri-sabitlik və siyasi risklərin yüksəlməsidir.

Türkiyə Mərkəzi Bankının valyuta bazarına müdaxilələri və faiz siyasətinə dair qərarlarının isə hələlik lirənin dəyər itirməsinin qarşısını almaqda məhdud təsir göstərdiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
33
yeniavaz.com

10Источники