RU

“Napoli” “Trabzonspor”un futbolçusunu istəyir

“Trabzonspor”un və Ukrayna millisinin müdafiəçisi Arseni Bataqov Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

İdmanxeber.az xəbər verir ki, “Napoli”, “Bolonya” və “Benfika” 23 yaşlı futbolçunun transferində maraqlıdır. Sözügedən klubların nümayəndələrinin Bataqovu yanvarın 5-də Türkiyə Superkubokunun yarımfinalında “Qalatasaray”a qarşı oyunda canlı izləyəcəyi bildirilir.

“Trabzonspor” ötən mövsüm 1,8 milyon avroya transfer etdiyi mərkəz müdafiəçisi üçün 30–35 milyon avro tələb edir.

Bu mövsüm Superliqada 16 oyunda iştirak edən Bataqov 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
9
4
idmanxeber.az

6Источники