“Real” yarımmüdafiəçisi Franko Mastantuononu qış fasiləsində satmayacaq.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.
Madrid klubunun baş məşqçisi Xabi Alonso əsas oyunçu hesab etdiyi 18 yaşlı Frankonu nə satmaq, nə də icarəyə vermək niyyətindədir.
Qeyd edək ki, Mastantuono cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 14 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.