ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Astara rayonunda 1984-cü il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu Xəqaniyə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun kəndində 2025-ci ilin oktyabrın 20-də baş verib. İlqar birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı övladı Xəqaniyə burun nahiyəsindən kəllə ilə bir dəfə zərbə vurub. Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Xəqani onun doğma oğludur: “Əvvəllərdə ailəmizdə bu tipli mübahisələrimiz olub. Oktyabrın 20-də yaşadığımız evdə olmuşam. Həmin gün saat 22 radələrində oğlum Xəqani və arvadım Samirə də evə gəldilər. Arvadım ilə mübahisə zamanı oğlum həmin mübahisəyə müdaxilə etdim. Xəqani məndən arxada olduğundan başım onun üz nahiyəsinə dəydi. Törətdiyim əməldən peşmanam”.İş üzrə zərərçəkmiş Xəqaninin sözlərinə görə, özü və anası sitrus bağlarında fəhləlik edərək pul qazanırlar: “Atam isə işləmir, spirtli içki aludəçisidir. Atam evdə tez-tez səbəbsiz yerə mübahisə və münaqişə yaradır. Oktyabrın 20-də, axşam saatlarında həmişə kimi anam ilə işdən evə qayıtdılar. Atam evə gələrkən siqaret və spirtli içki almağımı tapşırdı. Siqareti alsam da, ancaq spirtli içkini almadım ki, atam yenə içib, evə dava salacaqdır. Evə gəldikdən sonra atam istədikləri alıb-almadığımı soruşdu. Mən də atama mağazada spirtli içki olmadığını bildirdim. Ancaq siqaret aldığımı bildirdim. Atam bizə yalan danışdığımızı, qəsdən almadığımızı irad tutdu, pul istədi. Mən və anam pul bizə lazım olduğundan ona pul vermək istəmədik. Buna görə atam mənimlə mübahisə etdi. Mübahisə zamanı başım ilə üz nahiyəsinə vurdum. Atamın başı burnuna dəydi və qan axdı. Qan kəsmədiyindən taksi ilə gecə saatlarında xəstəxanaya getdik. Hazırda atam ilə barışmadığını, atamın islah olunması üçün bir müddət həbsdə yatmasını məhkəmədən xahiş etdim”.Astara Rayon Məhkəməsinin hökmü ilə İlqar 4 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan əvvəlki hökm hazırkı cəza hökmü ilə birləşdirilib, ona qəti olaraq 4 ay həbs cəzası olmaqla yanaşı 1000 manat miqdarında olan cərimə təyin olunub.Təqsirləndirilən şəxsin barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2025-cil tarixdən hesablanması qərara alınıb. Qeyd edək ki, İlqar bundan əvvəl həyat yoldaşına şiddət göstərdiyi üçün mühakimə edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.