RU

Cənubi Koreyada şagird çatışmazlığı səbəbindən 4 mindən çox məktəb bağlanıb

Pekin, 29 dekabr, AZƏRTAC

Cənubi Koreyada əhalinin sayının azalması fonunda şagird qıtlığı səbəbindən 4 mindən çox lisey, ibtidai və orta məktəb bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyinin statistik hesabatında bildirilib.

Qurum 1980-ci ildən indiyədək ölkə üzrə şagirdlərin sayının 9,9 milyon nəfərdən 5,07 milyona düşdüyünü, nəticədə 4 min 8 məktəbin fəaliyyətini dayandırdığını açıqlayıb. Bağlanan məktəblərdən 3 min 674-ü ibtidai, 264-ü orta, 70-i isə liseydir.

Şagirdlərin sayının azalması ilə əlaqədar təkcə son 5 ildə 158 məktəb bağlanıb. Proqnozlara görə, qarşıdakı 5 ildə şagirdlərin sayı 4,25 milyona düşəcək və nəticədə daha 107 məktəb fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, əhalinin azalması məsələsi Cənubi Koreyanın əsas demoqrafik probleminə çevrilib. Doğum əmsalı 0,8 olan Cənubi Koreya bu gösrətici üzrə dünyada ən aşağı yerlərdən birini tutur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
85
50
azertag.az

10Источники