RU

Azərbaycandan Britaniyaya aparılan ayılardan xəbər var

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Wildheart Animal Sanctuary”nin Sandoundakı sığınacağına gətirilmiş iki Benji və Balu adlı Avropa qəhvəyi ayısı iyun ayında Azərbaycandan Böyük Britaniyaya köçürülüb. Onlar əvvəlcə Bakıdan “Cargolux” yük təyyarəsi ilə “Glasgow Prestwick” hava limanına uçub, oradan isə quru yolla “İsle of Wight”a gətiriliblər.Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, hər iki ayı Uayt adasında yerləşən “Wildheart” heyvan sığınacağınadır və burada müalicə, reabilitasiya proqramına cəlb olunub.Sığınacaq əməkdaşlarının verdiyi məlumata görə, ayılar Azərbaycanda kiçik və dar qəfəsdə saxlanıldıqları üçün ciddi fiziki zəiflik və stress əlamətləri ilə gətirilibmiş. Hazırda onların çəkisi normaya düşüb, davranışlarında isə nəzərəçarpacaq sakitləşmə və uyğunlaşma müşahidə olunur.“Wildheart” sığınacağının heyvanlara qulluq üzrə məsul şəxsi Lüsi Frensis bildirib ki, ayılar yeni mühitə uyğunlaşaraq daha rahat davranmağa başlayıblar.Mütəxəssislərin fikrincə, ayıların vəziyyətindəki sürətli yaxşılaşma düzgün reabilitasiya və təhlükəsiz mühitin təmin olunması ilə bağlıdır. Bu proses sığınacağa gələn ziyarətçilərin də marağına səbəb olub.Ayıların Azərbaycana qaytırlacaqları ilə bağlı məlumat verilmir.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
34
www.bakupost.az

10Источники