RU

İZİA-nın qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının iclasında Agentliktərəfindən görülmüş işlər və 2026-cı ildə nəzərdə tutulan məsələlərmüzakirə olunub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadiZonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbətiiclası keçirilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini SəmədBəşirlinin sədrliyi ilə keçirilən iclasda Agentliyin İdarəHeyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olansənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdəfəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüşişlər, həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunubki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəzedilməsi və yeni ixrac imkanlarının yaradılması baxımındanəlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı vəqeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarınınpayına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmışəlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətinigenişləndirir.

İclas çərçivəsində Agentliyin 2026-cı il üçün qarşıya qoyulmuşprioritet inkişaf istiqamətləri müəyyənləşdirilib,təşkilati-struktur məsələləri müzakirə olunub.

Избранный
26
22
az.trend.az

10Источники