RU

Rusiya qoşunları bu ərazilərdə irəliləməyə başladı

Rusiya Silahlı Qüvvələri son sutka ərzində Donetsk vilayətinin Mirnoqrad şəhəri və Krasnıy Liman kəndi yaxınlığında, eləcə də Dnepropetrovsk vilayətinin Sinelnikovski rayonuna bağlı Filial kəndi və Zaporojye vilayətinin Qulyaypole şəhəri ətrafında irəliləyiş əldə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə OSINT layihəsi olan “DeepState” məlumat yayıb.

Layihənin xəritələrinə əsasən, Rusiya qüvvələri Pokrovski istiqamətində (Mirnoqrad və Krasnıy Liman) 3,01 kv.km əraziyə nəzarəti ələ keçirib, bu zaman “boz zona” 4,62 kv.km azalıb. Qulyaypole və Novopavlovsk istiqamətlərində (Filial kəndi) isə 23,78 kv.km ərazi işğal olunub, “boz zona” isə 7 kv.km azalıb.

Eyni zamanda, Zaporojye istiqamətində, Kamenkoye rayonunda – keçmiş Kaxovka su anbarının sahili boyunca “boz zona”nın sahəsi 9,55 kv.km artıb.

Ümumilikdə, Rusiya ordusunun nəzarətində olan ərazilər son sutkada 26,79 kv.km genişlənib, “boz zona” isə 6,84 kv.km azalıb.

Избранный
14
16
nocomment.az

10Источники