RU

Mirzoyandan Türkiyə açıqlaması

“Türkiyə ilə intensiv və çox məhsuldar dialoq aparırıq”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Public” qəzetinə verdiyi müsahibədə belə deyib. 

O, yerində əhəmiyyətli, hiss olunacaq irəliləyiş əldə etməyin vaxtı çatdığını bildirib. 

“Proseslərin məhz bu şəkildə inkişaf etdiyini və hər şeyin məhz belə bitəcəyini görürəm və açıq-aydın hesab edirəm”.

Onun sözlərinə görə, yaxın gələcəkdə bu istiqamətdə irəliləyiş əldə ediləcək.

“Ümumiyyətlə, bu proses regionu irəliyə doğru aparan və aparacaq. Bu, qaçılmaz bir inkişafdır. Çünki bu, Ermənistan, Türkiyə və Azərbaycan, bütün beynəlxalq tərəfdaşlar üçün faydalıdır”, - deyə Mirzoyan əlavə edib.

Избранный
18
4
cebheinfo.az

4Источники