RU

“BMW X5”lə toqquşan “Honda”nın sərnişini yola düşdü Yolayrıcında qəza VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Qayda pozan taksi sürücüsü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən hadisə müşahidə kamerasına düşüb. Taksi şirkətlərinin birinə məxsus olan “Honda” markalı avtomobilin sürücüsü yol kəsişməsində qarşıdan gələn “BMW X5”ə yol verməyərək manevr edib. Bu zaman yüksək sürətlə hərəkətdə olan “X5” avtomobilin arxa hissəsinə çırpılıb. Zərbənin təsirində “Honda”nın arxası deformasiyaya uğrayıb və arxa oturacaqda əyləşən qadın sərnişin maşından çıxaraq yola düşüb. Baş nahiyəsindən xəsarətlər alan zərərçəkən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
7
avtosfer.az

10Источники