40 yaşadək olan gənc milyarderlərin yeni siyahısına yaşları 22 olan üç sahibkar daxil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.
Adarş Hiremat, Brendən Fudi və Surya Midha 2023-cü ildə süni intellektdən istifadə edən kadr seçimi üzrə Mercor adlı startapı təsis ediblər. Şirkətin dəyərləndirilməsindən sonra onlar sərvətini öz gücü ilə qazanan ən gənc milyarderlər olublar.
Biznesmenlərin ümumi sərvəti 2,2 milyard ABŞ dolları həcmində qiymətləndirilir.