Berlin, 29 dekabr, AZƏRTAC
Almaniya hökuməti bu il yanvarın 1-dən dekabrın 8-dək olan müddətdə Türkiyəyə 8,4 milyard avro dəyərində silah-sursat ixracına razılıq verib.
AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin deputatlardan birinin sorğusuna cavabında bildirib.
Bu, rekord göstəricilərin qeydə alındığı son iki ildəki rəqəmlərdən xeyli azdır. Almaniyanın Türkiyəyə müdafiə sənayesi məhsulları ixracı 2023-cü ildə 12,15 milyard, 2024-cü ildə isə 13,33 milyard avro təşkil edib.
Ümumi ixrac həcminin 5,39 milyard avroluq hissəsi may ayında iqtidara gələn yeni hökumət tərəfindən reallaşdırılıb. Yeni hökumətin ixraca razılıq verdiyi ölkələr arasında ilk sıralarda Norveç (1,31 milyard), Türkiyə (726 milyon euro) və Ukrayna (483 milyon avro) yer alıb.
Ümumilikdə Almaniyanın ixrac məhsullarının 60 faizini silahlar təşkil edib. Aİ və NATO üzvü olmayan ölkələrə ixracat ümumi həcmin 28 faizi səviyyəsində olub. 2024-cü ildə bu göstərici 85 faiz təşkil edib. Kəskin azalma xüsusilə Ukraynaya ixracatın ciddi şəkildə aşağı düşməsi ilə əlaqədardır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin