RU

Tramp şokda: Kiyev Putinin iqamətgahına hücum etməyə cəhd edib

Tramp şokda: Kiyev Putinin iqamətgahına hücum etməyə cəhd edib

Moskva xəbərdarlıq etdi: Ukrayna ilə bağlı əvvəlki razılaşmalara yenidən baxılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.

Məlumata görə, Donald Tramp Kiyevin Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdi barədə xəbərə kəskin reaksiya verib.

Yuri Uşakov bildirib ki, Tramp bu xəbərdən şoka düşüb: “O dedi ki, belə çılğın hərəkətləri heç təsəvvür belə edə bilməzdi”.

Vladimir Putin Trampla söhbətində Rusiyanın sülhün əldə olunması üçün ABŞ ilə sıx və məhsuldar işləmək niyyətində olduğunu vurğulayıb.

Bununla belə, son hücum cəhdi vəziyyəti dəyişib. Bildirilir ki, Rusiya bu hadisədən sonra Ukrayna ilə bağlı danışıqlarda və ABŞ-lə əvvəllər əldə olunmuş bir sıra razılaşmalar üzrə mövqeyinə yenidən baxacaq.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
10
49
interpress.az

10Источники