RU

İlham Əliyev paylaşım etdi- VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Bölməsinin əməkdaşları dələduzluq ittihamı ilə iki Azərbaycan vətəndaşını saxlayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, məlumata görə, 1987-ci il təvəllüdlü A.M. və 1983-cü il təvəllüdlü İ.M. Marneuli bələdiyyəsi ərazisində yaşayan vətəndaşa məxsus qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə araşdırma aparılır.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 180-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxsləri 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

İstintaq tədbirləri davam etdirilir.

Избранный
70
50
avtosfer.az

10Источники