RU

Bu telefon modelləri vatsapla vidalaşır

Smartfon dünyasındakı sürətli dəyişikliklər məşhur tətbiqlərin köhnə cihazlarla vidalaşmasına səbəb olur.

News365.az xəbər verir ki, son illərdə bir çox tətbiq yeniləmə və təhlükəsizlik tələblərinə görə köhnə telefonlara dəstəyi dayandırıb və Votsap yenidən bu siyahıya əlavə olunur.

1 yanvar 2026-cı il tarixindən etibarən Vatsap həm Android, həm də iOS-da bəzi köhnə modellərə dəstəyi dayandıracaq. Bu telefonlarda Vatsap açılmayacaq və mesaj göndərmək və qəbul etmək kimi əsas funksiyalar istifadə edilə bilməyəcək.

Vatsap dəstəyini dayandıracaq 20 telefon modeli bunlardır: Ayfon 5, Ayfon 5c, Ayfon 5S, Ayfon 6, Ayfon 6 Plus, Samsunq Qalaksi S3 & S4 & S5, Samsunq Qalaksi Note 2 & Note 3, Samsunq Qalaksi Ace 3, Samsunq Qalaksi S4 Mini, Samsunq Qalaksi trend, Samsunq Qalaksi J2, Soni Xperia Z2, Soni Xperia Z3, Huavey Askend Mate, Huavey Askend G740, Huavey Askend D2, LG Optimus L3 II, LG Optimus L5 II, LG Optimus F5, LG Optimus L7 II.

Избранный
27
15
news365.az

10Источники