RU

Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Türkiyə qoşunlarının Qəzza zolağındayerləşdirilməsinə etiraz etməyəcəyini bildirib.

Trend xəbər verir ki, o, bumövqeyini İsrailin Baş naziri Benyamin Netanyahu ilə Floridaştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqomalikanəsində keçirilən danışıqların əvvəlində jurnalistlərinsuallarını cavablandırarkən açıqlayıb.

“Çox şey Benyamin Netanyahudan asılı olacaq. Biz bunu müzakirəedəcəyik”, – deyə Tramp bildirib.

“Əgər hər şey qaydasındadırsa, düşünürəm ki, bu, yaxşı olar”, –deyə Ağ Ev rəhbəri əlavə edib.

Избранный
59
50
az.trend.az

10Источники