RU

Tramp: Səudiyyə Ərəbistanı gələcəkdə "İbrahim sazişləri"ni imzalayacaq

Səudiyyə Ərəbistanı zamanla İsrail ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "İbrahim sazişləri"nə qoşulacaq.

"Far.Azun məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə ikitərəfli görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

Amerika lideri saziş iştirakçılarının dairəsinin genişlənməsi prosesinin "kifayət qədər sürətlə" gedəcəyini qeyd edib. "Səudiyyə Ərəbistanı özünü çox yaxşı aparır. Anladığım qədərilə, onlar İsrail ilə dil tapmaq üçün bizim istədiyimiz hər şeyi ediblər", - deyə Tramp bildirib.

ABŞ Prezidenti Ər-Riyadın İsrail ilə münasibətlərini rəsmiləşdirəcəyinə əminliyini ifadə edib. "Onlar (yaxşı münasibətdə) olacaqlar və nə vaxtsa "İbrahim sazişləri"ni imzalayacaqlar", - deyə o vurğulayıb.

Xatırladaq ki, noyabrın 18-də Ağ Evdə Tramp ilə görüşü zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman vurğulamışdı ki, İsrail ilə münasibətlərin normallaşması prosesinə başlamaq üçün Ər-Riyada Fələstin dövlətinin yaradılması istiqamətində "dönməz, etibarlı və konkret müddətləri olan yol xəritəsi" lazımdır.

Избранный
82
4
far.az

5Источники