RU

Bu telefonlar 2026-cı ildə "WhatsApp"ı açmayacaq - TAM SİYAHI

"WhatsApp" bu gün həm şəxsi, həm də iş həyatında ünsiyyətin əvəzolunmaz vasitələrindən birinə çevrilib. Lakin tətbiqdən problemsiz istifadəni davam etdirmək üçün telefonunuzun "WhatsApp"ın dəstəklədiyi ən son versiyaları işlədə bilməsi vacibdir.

Hakimiyyet.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət 2026-cı ilə yaxınlaşarkən bəzi köhnə iOS və "Android" cihazları üçün "WhatsApp" dəstəyini dayandıracağını açıqlayıb. Bu qərarın arxasında təhlükəsizlik standartlarını yüksəltmək və tətbiqin bütün cihazlarda stabil işləməsini təmin etmək məqsədi dayanır.

"WhatsApp" dəstəyi niyə dayandırılır?

"WhatsApp"a görə, köhnə əməliyyat sistemləri yeni təhlükəsizlik yeniləmələrini və müasir tətbiq xüsusiyyətlərini dəstəkləyə bilmir. Bu isə həm istifadəçi təhlükəsizliyini, həm də tətbiqin sağlam işləməsini riskə atır. Buna görə də müəyyən bir aparat və proqram səviyyəsinin altındakı cihazlar artıq dəstəklənməyəcək.

31 dekabr son gün olacaq

"WhatsApp" aşağıdakı cihazlarda 31 dekabrdan etibarən işləməyəcək. Bu tarixdən son8ra tətbiq yeniləmə ala bilməyəcək və zamanla tamamilə istifadə olunmaz hala gələcək.

"WhatsApp" dəstəyi bitəcək "iPhone" modelləri

(iOS 15.1 və daha köhnə versiyalar)

iPhone 5

iPhone 5c

iPhone 5s

iPhone 6

iPhone 6 Plus

"WhatsApp" dəstəyi bitəcək "Android" modellər

(Android 5.0 və daha köhnə versiyalar)

HTC One M8

Samsung Galaxy S3, S4, S5

Samsung Galaxy Note 2, Note 3

Samsung Galaxy Ace 3

Samsung Galaxy S4 Mini

Samsung Galaxy Trend

Samsung Galaxy J2

LG Optimus L3 II

LG Optimus L5 II

LG Optimus F5

LG Optimus L7 II

Huawei Ascend Mate

Huawei Ascend G740

Huawei Ascend D2

Sony Xperia Z2

Sony Xperia Z3

Veri itkisinin qarşısını almaq üçün nə etməlisiniz?

Əgər telefonunuz bu siyahıda yer alırsa, "WhatsApp" məlumatlarınızı mütləq ehtiyat nüsxəsini çıxarmaq tövsiyə olunur. Əks halda söhbət tarixçəniz, şəkilləriniz və vacib fayllarınız daimi olaraq silinə bilər.

Cihazlar dəstək müddətinin sonuna çatdıqda tətbiqlər yeniləmə ala bilməz və zamanla tam işləməz hala gəlir. "WhatsApp" istifadəçiləri üçün bu, yeni və güncəllənmiş telefona keçidin qaçılmaz olduğu anlamına gəlir.

Избранный
28
2
hakimiyyet.az

3Источники