RU

Tramp ABŞ-ın Venesuela ərazisinə zərbə endirdiyini təsdiqlədi

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən əraziyə zərbə endirildiyini təsdiqləyib.

Hafta.az xəbər verir ki, bu barədə o, İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib:

“Gəmilərə narkotik yüklədikləri liman ərazisində böyük bir partlayış baş verdi. Bütün qayıqları partlatdıq və indi həmin əraziyə də zərbə endirdik”.

Donald Tramp hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb və zərbə endirilən ərazinin dəqiq yerini göstərməyib.

Избранный
25
hafta.az

1Источники