RU

ABŞ Prezidenti: Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etmirəm

ABŞ Prezidenti Donald Tramp Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etməyəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, o, bu mövqeyini İsrailin Baş naziri Benyamin Netanyahu ilə Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində keçirilən danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

“Çox şey Benyamin Netanyahudan asılı olacaq. Biz bunu müzakirə edəcəyik”, – deyə Tramp bildirib.

“Əgər hər şey qaydasındadırsa, düşünürəm ki, bu, yaxşı olar”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Избранный
18
2
azerbaijan-news.az

3Источники