RU

Tramp Netanyahudan İordan çayının qərb sahilində təxribatdan çəkinməyi xahiş edib

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə ondan İordan çayının qərb sahillərində təxribatçı hərəkətlərdən çəkinməsini və bu sahədə siyasətini dəyişməsini istəyib.

APA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Floridada keçirilən görüşdə ABŞ lideri və köməkçiləri həmin bölgədəki vəziyyətdən narahat olduqlarını bildirərək Netanyahudan təxribatçı hərəkətlərdən çəkinməyi və vəziyyəti stabilləşdirməyi xahiş ediblər.

Избранный
18
5
apa.az

6Источники