RU

Tramp Zelenskiyə ərazi güzəştinə getmədiyinə görə təzyiqlər edir

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir. V.Zelenski ilə D.Tramp arasında danışıqları Moskva pozdu. Demək olar ki, sülh danışıqlarında Rusiya maraqlı deyil. Dünən və bu gün V. Putin D.Trampla telefonda danışıb. Məhz bu telefon danışıqları Ukraynanın əleyhinə işlədi.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Rusiya XİN rəhbəri S.Lavrov Ukraynanın PUA-larla V.Putinin iqamətgahını hədəf sevdiyini açıqladı. Buna cavab veriləcəyini elan etdi. Bununla Rusiya anışıqlar prosesindən çıxdığını bəyan etdi. Ümumiyyətlə, danışıqların intensiv şəkildə davam etdiyi bir məqamda V. Zelenski D. Trampı qəzəbləndirməmək üçün belə bir hücum əmri verə bilməzdi:

"Tramp Zelenskiyə ərazi güzəştinə getmədiyinə görə təzyiqlər edir. ABŞ prezidenti Tramp və Putin Ukrayna prezidentini mövqeyini zəiflətmək və güzəştə razı salmaq üçün birgə hərəkətə keçib. Rusiya Ukraynanın hökumət binalarını və prezident sarayının vuracaqsa, müharibənin miqyası dəyişəcək. Bu, Avropa ölkələri üçün ciddi təzyiqlər deməkdir".

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
icma.az

1Источники