RU

Tramp Azərbaycana və Ermənistana 200 faiz tarif tətbiq etmək istəyib?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Netanyahu ilə görüşündə bir daha Ermənistan-Azərbaycan münaqişəsini tez bir zamanda həll etdiyi deyib.

“Cebheinfo.az” xəbər verir ki, Tramp "Müharibə 35 il davam etdi... Putin mənə dedi ki, bu müharibəni həll etdiyinizə inanmıram, çünki mən 10 il çalışdım. Mən isə sözün əsl mənasında bunu bir gündə həll etdim. Hər ikisinə ticarəti dayandıracağımızı, artıq ticarət etməyəcəyimizi dedim. Sonra 200% tarif tətbiq edəcəyimizi bildirdim”,-deyə vurğulayıb.

Xatırladaq ki, Tramp hakimiyətə gəldikdən sonra əksər ölkələrə taarif tətbiq edib. Onun imzaladığı sərəncamla Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10% tarif tətbiq olunur. Bəzi ölkələrdə isə bu rəqəm 25 faizdən daha artıqdır. Ümumiyyətlə, Tramp 100-dən çox ölkəyə qarşılıqlı tariflər tətbiq edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
cebheinfo.az

2Источники