RU

Ermənistanda müxalifət partiyasının iki nümayəndəsi saxlanıldı

BAKI, 30 dekabr. TELEQRAF

Ermənistanın müxalif “Vətən” partiyasının baş katibi Xaçik Qalstyan gecə saatlarında saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan məlumat verib.

Vəkil bildirib ki, Xaçik Qalstyan Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən sonradan həbs olunmaq məqsədilə saxlanılıb.

Partiyanın digər nümayəndəsi Aram Köçəryanın da bu qurum tərəfindən saxlanıldığı açıqlanıb.

Избранный
36
2
teleqraf.com

3Источники