1 dekabr-2 yanvar tarixlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq. Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq. Yanvarın 2-də isə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda 31 dekabr tarixində hava şəraitinin əsasən yağmursuz, 31-i axşamdan yanvarın 2-si səhərədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə 3°-dək şaxta olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si gündüzədək dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-7° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 1-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin 1-i axşamdan yanvarın 2-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-3° isti olacaq.
“Cebheinfo.az”