RU

Çin kosmosa yeni peyk buraxıb

Çin Jiuquan Peyk Buraxılış Mərkəzindən kosmosa yeni peyk göndərib.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Pekin vaxtı ilə saat 12:12-də "Long March-4B" raketi ilə buraxılan "Tianhui-7" peyki əvvəlcədən müəyyən edilmiş orbitə uğurla daxil olub.

Peyk əsasən coğrafi xəritələşdirmə, torpaq ehtiyatlarının tədqiqi və elmi-tədqiqat kimi tapşırıqlar üçün istifadə olunacaq.

Bu buraxılış "Long March" daşıyıcı raket seriyasının 622-ci uçuş missiyasdır.

Избранный
37
3
azerbaijan-news.az

4Источники