Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur həbs edilib.
Paralel.az xəbər verir ki keçmiş futbol funksioneri cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulmasında ittiham olunur.
E.Timurdan başqa, “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız da daxil olmaqla, daha 18 nəfər barəsində həbs qərarı verilib. Əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта