RU

Səudiyyə Ərəbistanı və BƏƏ arasında gərginlik: 24 saat vaxt verildi

BAKI, 30 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərəkətlərindən təəssüfləndiyini bildirib. Ər-Riyadın sözlərinə görə, bu ölkə “Cənub Keçid Şurası”na bağlı separatçılara Yəmənin şərq əyalətlərində, krallıq sərhədinə yaxın ərazilərdə əməliyyatlar aparmaq üçün təzyiq göstərib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Səudiyyə Ərəbistanı Krallığı qardaş Birləşmiş Ərəb Əmirliklərinin Yəmənin Hadramaut və Əl-Məhra əyalətlərində krallığın cənub sərhədləri yaxınlığında hərbi əməliyyatlar aparmaq üçün “Cənub Keçid Şurası”nın qüvvələrinə təzyiq göstərməsindən təəssüfünü bildirir”, - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi həmçinin BƏƏ-ni Yəmən hakimiyyətinin tələbini yerinə yetirməyə və qoşunlarını 24 saat ərzində ölkədən çıxarmağa çağırıb.

“Krallıq qardaş Birləşmiş Ərəb Əmirliklərinin Yəmən rəhbərliyinin silahlı qüvvələrini ölkə ərazisindən 24 saat ərzində çıxarmaq və Yəməndəki münaqişənin istənilən tərəfinə hərbi və ya maliyyə dəstəyini dayandırmaq tələbinə cavab verməsinin vacibliyini vurğulayır”.

Qeyd olunur ki, BƏƏ tərəfindən dəstəklənən üsyan Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinə təhdid yaradır. Krallıq separatçıların hərəkətlərinin yaratdığı təhlükəni neytrallaşdırmaq üçün dərhal bütün lazımi tədbirləri görəcək.

Избранный
30
teleqraf.com

1Источники