RU

3 yük avtomobilindən oğurluq edən keçmiş məhkum saxlanıldı

Tovuzda oğurluq edən şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dekabr ayı ərzində 3 yük avtomobilindən oğurluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Akif Qaracayev saxlanılıb.

O, “Kamaz” markalı avtomobillərdən 2140 manat dəyərində 8 ədəd akkumulyator oğurlayaraq satıb.

 Araşdırmalar davam etdirilir.

Избранный
92
7
bakivaxti.az

8Источники