RU

Şahin Tağıyevin nəşi Azərbaycana gətiriləcək

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev vəfat edib.

O, uzunsürən xəstəlikdən sonra son illərdə yaşadığı İsveçin Malmö şəhərində dünyasını dəyişib. Ş.Tağıyev son illər İsveçin Malm şəhərində yaşayırdı. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biri kimi tarixə düşüb.

Şahin Tağıyev həm Azərbaycan Xalq Hərəkatının iştirakçısı olub, həm də Qarabağ döyüşlərində geniş iştirak edib. O, “Qurtuluş” batalyonunun əfsanəvi komandiri olub, dəfələrlə yaralanıb, dövlət təltifləri ilə mükafatlandırılıb. Ş.Tağıyev həmçinin Qarabağ Azadlıq Təşkilatının (QAT) yaradıcılarından olub. 

“Cebheinfo.az”-ın əldə etdiyi məlumata görə, Milli Qəhrəmanın nəşi tezliklə Azərbaycana gətiriləcək.

Yaxınlarının verdiyi məlumata əsasən, Şahin Tağıyevin nəşinin ölkəyə gətirilməsi ilə bağlı bütün xərcləri Azərbaycan dövləti üzərinə götürüb. Onun doğma vətənində dəfn olunmağı vəsiyyət etdiyi bildirilir.  

Elmir 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
76
1
cebheinfo.az

2Источники