RU

İranda etirazlar - Prezident çağırış etdi

İranda milli valyutanın ABŞ dolları qarşısında rekord həddə ucuzlaşması paytaxt Tehranda ticarəti demək olar ki, iflic vəziyyətinə salıb və etirazlara səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, dükanlarını bağlayan sahibkarların narazılığı artarkən Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə dialoq qurulması barədə göstəriş verib.

İranda valyuta məzənnəsində kəskin artım gündəlik həyata birbaşa təsir göstərməyə başlayıb. Ölkə pul vahidinin ABŞ dolları qarşısında rekord səviyyədə dəyər itirməsi fonunda bir çox sahibkar fəaliyyətini dayandırıb, paytaxt Tehranın bəzi bazarlarında isə ticarətin demək olar ki, dayanma nöqtəsinə çatdığı bildirilib.

Baş verən hadisələrdən sonra İran Prezidenti Məsud Pezeşkian ABŞ mənşəli X sosial media platformasında açıqlama yayıb. O, əhalinin üzləşdiyi iqtisadi çətinliklərin əsas narahatlıq mənbəyi olduğunu vurğulayaraq Daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə birbaşa əlaqə yaradılması barədə tapşırıq verdiyini açıqlayıb.

Избранный
41
5
manset.az

6Источники