RU

İran cəmiyyətində narazılıq artır

AzVision.az xəbər verir ki, Pezeşkianın bu sözləri İranda yüksək inflyasiya ilə bağlı keçirilən etiraz aksiyaları barədəmətbuatda yayılan məlumatlardan sonra səsləndirilib. Nümayişçilərin ən böyük məyusluğu topdan və pərakəndə qiymətlərə təsir edən İran rialının məzənnəsindəki kəskin volatillikdir.

“İnsanların rifahı mənim gündəlik qayğımdır. Gündəliyimizə pul və bank sistemlərində islahatların aparılması, əhalinin alıcılıq qabiliyyətinin qorunması ilə bağlı əsaslı tədbirlər daxildir. Mən Daxili İşlər nazirinə etirazçıların haqlı tələblərini onların nümayəndələri ilə dialoqda dinləməsini tapşırmışam ki, hökumət məsuliyyətli və bütün gücü ilə problemlərin həllinə nail olsun”, - İran prezidenti özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Daha sonra İranın prezident administrasiyası rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə müavini Məhəmməd Mehdi Təbatəbai milli valyutanın zəifləməsi fonunda İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzinin istefa verdiyini açıqlayıb.

Xatırladaq ki, noyabrın sonunda prezident Məsud Pezeşkian üç il ərzində baş tutacaq İran rialının yenidən denominasiyası haqqında fərman imzalayıb. Təşəbbüs daha əvvəl İslam Respublikasının parlamenti tərəfindən təsdiqlənmişdi.

İranda denominasiya yüksək inflyasiya fonunda baş verir. Ölkənin Mərkəzi Bankının məlumatına görə, noyabrın sonunda illik inflyasiya 38,9% təşkil edib. Bundan başqa, qara bazarda bir ABŞ dolları 1,17 milyon İran rialı dəyərindədir.

Sahil İsgəndərov
AzVision.az

Избранный
28
azvision.az

1Источники